...

DB Azərbaycan üzrə iqtisadi memorandumun hazırlanması çərçivəsində konsultasiyalara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2009 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir N.ismayılova /

Dünya Bankı və Azərbaycan Hökuməti müxtəlif istiqamətlərdə iqtisadi vəziyyətin qiymətləndirilməsini əhatə edən ölkə üzrə iqtisadi memorandumun ilkin variantının müzakirəsinə başlayıb. Bu barədə çərşənbə axşamı bankın Bakı nümayəndəliyindən bildirilib.

"Sənədin hazırlanması üzrə tamamlama işlərinin keçirilməsi üçün iyulun 13-18-də Azərbaycan üzrə aparıcı iqtisadçı Kristis Kostopolusun başçılıq etdiyi DB-nın missiyası Bakıda səfərdə olacaq", - nümayəndəlikdən bildirilib.

Hazırda DB-nin missiyası və Azərbaycan Hökuməti? onlar tərəfindən əvvəlcədən verilmiş iqtisadi memorandum layihəsinin ilkin variantı üçün dövlət idarələrinin verdiyi şərhləri və onların memorandumda necə əks olunacağını müzakirə edir. Memorandumun verilmə tarixi bu danışıqların tamamlanma müddətindən asılıdır Bu barədə nümayəndəlikdən bildirilib.

Bununla yanaşı, DB-nin Azərbaycan üzrə aparıcı iqtisadçısı hökumət üzvləri ilə ölkədəki iqtisadi vəziyyəti və iqtisadi tendesiyaları müzakirə edəcək.

Analitik qeydlərdə bankın müəyyən istiqamətlərdə təkmilləşmə və ya yaxşılaşma üzrə tövsiyələri nəzərə alınacaq. Bu sənəddə ölkənin iqtisadi artımının ümumi tendensiyası, ümumi iqtisadi siyasət əsasında analizin keçirildiyi göstəricilər əks olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti