...

Əhalinin DəmirBank-dakı əmanətləri təxminən 60% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 18:33 (UTC +04:00)
DəmirBank-ın aktivləri 1 dekabr 2009-cu il tarixinə 245,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 39,7 mln. manat və ya 19,3% çoxdur.
Əhalinin DəmirBank-dakı əmanətləri təxminən 60% artıb

Azərbaycan, Bakı, 18 dekabr / Trend /

DəmirBank-ın aktivləri 1 dekabr 2009-cu il tarixinə 245,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 39,7 mln. manat və ya 19,3% çoxdur. Bu barədə cümə günü bankdan yayılan məlumatda deyilir. Bankın kredit portfelinin həcmi isə il ərzində 14,5 mln. manat artaraq 182,7 mln. manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2009-cu il tarixinə 80,1 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 36,8% və ya 21,6 mln. manat çoxdur.

Əhalinin əmanətlərinin həcmi 1 dekabr 2009-cu il tarixinə 66,2 mln. manat olub ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 59% və ya 24,6 mln. manat artıb, bu da bankın bu sahədə qazandığı uğurlarının göstəricisidir.

Bankın nizamnamə kapitalı 1 dekabr 2009-cu il tarixinə 16,4 mln. manat, məcmu kapitalı isə 45,7 mln. manat təşkil edib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 20 il əvvəl 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderlandın İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Dekabrın 18-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti