...

Rusiya və Azərbaycanın gömrük strukturları 2010-cu ildən məhsullar və nəqliyyat vasitələri haqqında informasiya mübadiləsi aparacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Bu gün Azərbaycan və Rusiya gömrük orqanları arasında məhsullar və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsi sistemi hələ inkişaf etməyib. Bu barədə bazar ertəsi Rusiyanın Federal Gömrük Xidmətinin İnformasiya Texnologiyaları Baş İdarəsinin müdiri Aleksey Şaşayev "Gömrük işində informasiya sistemləri və texnologiyaları" I Beynəlxalq elmi-praktiki konfrans zamanı deyib.

"Lakin informasiya cəhətdən təminetmə məsələsi əsas proseslərdən biridir", - Şaşayev deyib.

Onun sözlərinə görə, öz aralarında ticarət edən istənilən ölkələr arasında ümumi gömrük prosesləri var və təbii ki, bu informasiya cəhətdən təmin edilməlidir. Bir ölkədə bu ixracdır, digərində isə idxaldır, lakin ölkələr arasında ümumi sərhəd var, informasiya mübadiləsi çox böyük əhəmiyyət kəsb edir.

Şaşayev deyib ki, artıq növbəti ildən Rusiya və Azərbaycanın gömrük strukturları arasında məhsullar və nəqliyyat vasitələri haqqında informasiya mübadiləsinə başlanılacaq.

"Biz Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarətin xarici statistikasını aparırıq, gömrük orqanlarının işindəki informasiya texnologiyaları sahəsində mövcud olan həmin işləri tətbiq edirik", - Şaşayev deyib.

"Gömrük sahəsində informasiya sistemləri və texnologiyaları" I Beynəlxalq elmi-praktiki konfrans keçirilir. Konfransı Azərbaycan Dövlət Gömrük Komitəsi Rusiyanın Federal Gömrük Xidməti ilə birgə keçirir. Konfrans öz işini sabah da davam etdirəcək.

Konfrans zamanı MDB-nin iştirakçı dövlətlərinin informasiya ilə qarşılıqlı fəaliyyətinin təşəkkülü problemləri, informasiya cəmiyyətləri və kütləvi informasiya vasitələri, texnologiyanın tətbiqinin və Azərbaycanda elektron ticarət sisteminin inkişaf etdirliməsi, neft yataqlarının optimal işlənilməsi tapşırıqlarının qismən həll edilməsi, şəhər infrastrukturunda avtomatlaşdırılmış informasiya-sorğu sistemi, elektron hazırlığın ölçülməsi məsələləri, yayılmış verilənlər bazası sisteminin monoversiya və multiversiya modeli, informasiya cəmiyyətlərinin telekommunikasiya əsasları, həmçinin gömrük işinin yaxşılaşdırılmasında informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsinin rolu əsas müzakirə mövzusu olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti