...

Azərbaycanda təmin olunmamış ipoteka istiqrazlarının 57 faizdən çoxu yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 18:09 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Azərbaycanda təmin olunmamış ipoteka istiqrazlarının 57 faizdən çoxu yerləşdirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə AİF-in bazar ertəsi yaydığı məlumatda deyilir.

Üç investor tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 milyon manat) üstələyərək 6,086 milyon manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. İstiqrazlar 103,4555 faiz qiymətdə satışa çıxarılıb.

AİF-in 75 milyon məbləğində təmin olunmamış istiqrazlarının emissiyası 2009-cu il dekabrın 30-da qeydə alınıb. İpoteka Fondunun min manat nominalında 75 min faizli, adlı, sənədsiz, təmin olunmamış istiqrazları qeydə alınıb. İstiqrazların gəlirliliyi illik 3,25 faiz təşkil edir. İstiqrazların son ödəmə tarixi 11 dekabr 2019-cu ildir.

Emissiyanın yerləşdirilməsinə 2010-cu il fevralın 1-dən başlanılıb və hazırda 20 milyon manatlıq istiqraz yerləşdirilib.

İyulun 5-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti