...

Azərbaycanda ilin əvvəlindən 735 tondan çox keyfiyyətsiz ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 17:47 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Şəki şəhərində "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda konfrans keçirib.
Azərbaycanda ilin əvvəlindən 735 tondan çox keyfiyyətsiz ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Şəki şəhərində "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda konfrans keçirib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Konfransda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.

Xidmətin rəhbəri Zahid İsayevin sözlərinə görə, yanvar-iyunda Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun etiketlənməmiş 735,9 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 148,3 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 523,8 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb və 33,5 tonu ilə bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, yanvar-iyun ayları ərzində yuxarıda qeyd edilən səbəblərdən 299,1 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 12,7 tonu məhv edilib, 218,1 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 68,3 tonu ilə bağlı araşdırmalar davam etdirilir.

Hesabat dövründə qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində ümumilikdə 762 qərar qəbul olunub və inzibati xətaya yol verən şəxslər 1137,9 min manat məbləğində cərimə ediliblər.

Xəbər lenti

Xəbər lenti