...

Özbəkistan aviaşirkətinin yeni A320 təyyarəsinin Bakıya ilk ticarət reysi baş tutacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2010 11:53 (UTC +04:00)
"Özbəkistan Hava Yolları" milli aviaşirkətinin yeni A320 təyyarəsinin Daşkənd-Bakı marşrutu üzrə ilk ticarət reysi iyulun 19-da baş tutacaq.
Özbəkistan aviaşirkətinin yeni A320 təyyarəsinin Bakıya ilk ticarət reysi baş tutacaq

Özbəkistan, Daşkənd, 17 iyul /Trend, müxbir D.Əzizov/

"Özbəkistan Hava Yolları" milli aviaşirkətinin yeni A320 təyyarəsinin Daşkənd-Bakı marşrutu üzrə ilk ticarət reysi iyulun 19-da baş tutacaq. Bu barədə aviaşirkətin rəhbərliyindən məlumat veriblər. "Airbus Industrie" tərəfindən sifariş olunan 10 Airbus A-320 təyyarəsindən birincisi hava donanmasının yenilənməsi üzrə strateji plan çərçivəsində cümə günü axşam Daşkəndə çatıb.

Bu ilin sonuna qədər Özbəkistan aviaşirkəti daha beş belə təyyarə alacaq, qalan dördünü isə 2011-ci ildə almağı nəzərdə tutur.

"Özbəkistan Hava Yolları" Avropa, Amerika, Yaxın Şərq və Asiyanın 21 şəhərinə, MDB ölkələrinin 22 şəhərinə və yerli aviaxətlər üzrə 11 istiqamətdə uçuşlar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti