...

"Kapital Bank" tələbələr üçün yeni aksiyaya start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 14:02 (UTC +04:00)
Azərbaycan bankı "Kapital Bank" nağdsız ödənişlərə marağın artırılması məqsədilə tələbələr üçün yeni kampaniyaya start verir.
"Kapital Bank" tələbələr üçün yeni aksiyaya start verib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Kapital Bank" nağdsız ödənişlərə marağın artırılması məqsədilə tələbələr üçün yeni kampaniyaya start verir. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
15 sentyabr 2011-ci il tarixindən etibarən hər bir tələbə MasterCard Standard ödəniş kartını "Kapital Bank"ın filial və şöbələrindən 50 faiz endirimlə ala bilər. Hazırda "Kapital Bank"ın MasterCard Standard ödəniş kartları 30 manata satılır.

Kampaniya dövründə isə gənclər tələbə biletlərini təqdim etməklə bu kartları cəmi 15 manata almaq imkanına malik olacaqlar. Bundan əlavə, öz tələbə dostunu da kampaniyaya cəlb edən hər bir tələbə "Kapital Bank"ın "SMS Banking" xidmətinə pulsuz qoşulma imkanı qazanacaq.

Belə bir kampaniyanın təşkilində məqsəd Bankın filial və şöbələrində MasterCard Standard kartlarının satışının stimullaşdırılması, bu kartlar vasitəsilə nağdsız ödənişlərə marağın artırılması, eyni zamanda gənclərin müştəri qismində cəlb edilməsindən ibarətdir.

Kampaniya 15 dekabr 2011-ci il tarixinə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti