...

Azərbaycanın iri bankı öz ipoteka proqramının maliyyələşdirilməsinə marağı saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankı (ABB) öz ipoteka proqramının maliyyələşdirilməsinə marağı saxlayır. Bu barədə şənbə günü Trend-ə bankdan məlumat verilib.

Bir az əvvəl xəbər verildiyi kimi, ABB Azərbaycanda ipotekaların maliyyələşdirilməsinə özəl ABŞ investisiyalarının cəlb edilməsini planlaşdırır. Həmçinin, regionun digər ölkələrində, o cümlədən bankın törəmə strukturunun fəaliyyət göstərdiyi Gürcüstanda mənzil alışının maliyyələşdirilməsi imkanlarına baxılır.

"Bu istiqamətdə işlər davam etdirilir. Bu dövr ərzində bazarda vəziyyət dəyişib, ona görə də biz sərmayədarlar üçün iqtisadi baxımdan məqsədəuyğun olmasından ötrü onun daha əlverişli və çox baha olmamasını gözləyəcəyik. Çünki son istehlakçı əhalidir", - bankdan deyiblər.

Məlumata görə, proqram iki-üç illiyə nəzərdə tutulub və cəlb edilmiş vəsaitlərin istifadəsi ilə bağlı əlavə maliyyələşmə də cəlb oluna bilər.

ABB yarıdövlət bankıdır və onun əsas səhmdarı hazırda Azərbaycan hökumətidir. O, səhmlərin 50,2 faizinə sahibdir. Qalan 49,8 faiz pay isə fiziki və hüquqi şəxslər arasında bölüşdürülüb.

Dekabrın 3-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti