...

BMT 2012-ci ildə Azərbaycanda ÜDM-də dörd faiz artımın olacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 13:41 (UTC +04:00)
BMT-nin proqnozlarına görə, 2012-ci ildə Azərbaycanda real ÜDM-in artımı 4 faiz təşkil edəcək.
BMT 2012-ci ildə Azərbaycanda ÜDM-də dörd faiz artımın olacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Abbasov /

BMT-nin proqnozlarına görə, 2012-ci ildə Azərbaycanda real ÜDM-in artımı 4 faiz təşkil edəcək. Bu barədə çərşənbə günü BMT-nin rəsmi saytında dərc olunmuş "Dünyadakı iqtisadi vəziyyət və 2012-ci ildə perspektivlər" adlı məruzədə bildirilir.

Məlumata görə, bu il Belarusda real ÜDM-in artımı bir faiz, Moldovanın 3,9 faiz, Rusiyanın 3,9 faiz, Ukraynanın 3,8 faiz səviyyəsində proqnozlaşdırır.

Qurumun proqnozlarına görə, Azərbaycanda ÜDM 2013-cü ildə də artmaqda davam edəcək və onun illik artımı 3,9 faiz təşkil edəcək.

"MDB-də və Gürcüstanda iqtisadi artım əvvəlki kimi 2008-ci il böhranınadək əldə olunan göstəricidən aşağı olaraq qalacaq. Ümumilikdə, 2012-ci ildə MDB-də iqtisadi artım sürəti təxminən 4 faizədək ləngiyəcək, 2013-cü ildə isə inkişaf etmiş ölkələrdə tələbin gözlənilən artımı ilə bağlı bir qədər sürətlənəcək", - məruzədə deyilir.

Məruzədə qeyd edilir ki, 2011-ci ildə MDB ölkələrində iqtisadi aktivliyin canlanması müşahidə olunub. Halbuki 2008-ci ilə qədərki dövrlə müqayisədə artım sürəti o qədər də yüksək olmayıb.

"2011-ci il ərzində regionun məcmu ÜDM-i 2010-cu ildəki 4,5 faizə qarşı təxminən 4,3 faiz artıb və bu zaman MDB regionunda iqtisadi inkişafın əsas mühərriki əvvəlki kimi Rusiya Federasiyası olaraq qalıb. Buna baxmayaraq, dünyada xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi üzündən artımda ləngimələrin baş verəcəyi ehtimal olunur ki, bu da xammal ixracının həcminin azalması və onun qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq", - məruzədə deyilir.

Xəbər lenti

Xəbər lenti