...

Azərbaycanın qabaqcıl sığorta şirkətlərindən biri kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 18:10 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İpək Yolu Sığorta" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın qabaqcıl sığorta şirkətlərindən biri kapitalını artırır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İpək Yolu Sığorta" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu çərçivədə səhmlərin nominal dəyəri 12 faizdən çox artırılıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 616 manat olan 17 500 səhmin elə bu həcmdə 691 manat nominallı səhmlərə konvertasiya yolu ilə həyata keçiriləcək.

Bununla da şirkətin nizamnamə kapitalı 10,78 milyondan 12,09 milyonadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti