...

İlin əvvəlindən Azərbaycan ərazisi ilə 7 milyon tondan çox yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2012 20:05 (UTC +04:00)
2012-ci ilin yanvar-may ayları ərzində Azərbaycan ərazisindən nəqliyyat vasitələri ilə təqribən 24,151 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 2,55 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İlin əvvəlindən Azərbaycan ərazisi ilə 7 milyon tondan çox yük daşınıb

Azərbaycan, Bakı, 16 iyun /Trend müxbir A.Axundov/

2012-ci ilin yanvar-may ayları ərzində Azərbaycan ərazisindən nəqliyyat vasitələri ilə təqribən 24,151 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 2,55 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Bu dövr ərzində yük ixracatı 13,01 milyon ton, idxalatı isə 3,88 milyon ton təşkil edib.

Yanvar-may aylarında dəniz nəqliyyatı ilə 143,55 min ton, dəmir yolu ilə 1,13 milyon ton, avtomobil nəqliyyatı ilə 239,67 min ton, hava yolu ilə 108,63 min ton yük ixrac edilib, stasionar nəqliyyat vasitələri ilə daşınmalar isə 11,38 milyon ton olub.

Dəniz nəqliyyatı ilə 553,34 min ton, dəmir yolu ilə 2,46 milyon ton, avtomobil nəqliyyatı ilə 832,6 min ton, hava nəqliyyatı ilə 10,4 min ton yük idxal edilib.

2012-ci ilin yanvar-may aylarında Azərbaycan ərazisindən tranzit yolu ilə 7,26 milyon tondan çox yük daşınıb.

Xəbər lenti

Xəbər lenti