...

Azərbaycan sığorta bazarının 1/3-i əmlakın könüllü sığortasının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2012 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-may aylarında Azərbaycan sığorta şirkətlərinin mükafatlarının 28,08 faizi və ya 40,63 milyon manat əmlakın könüllü sığortası növləri üzrə yığılıb. Bu növlər üzrə ödənişlər 11,54 milyon manat olub ki, bu da bütün kompensasiyaların 35,02 faizini təşkil edir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin 2012-ci ilin yanvar-may aylarında sığorta şirkətlərinin fəaliyyəti haqqında hesabatında deyilir.

Əmlakın könüllü sığortası üzrə yığımların strukturunda böyük hissəni avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə 8,67 milyon manat dəyərində ödəniş olmaqla 21,41 milyon manat həcmində mükafatlar, habelə yanğın və digər risklərdən əmlakın sığortalanması üzrə 11,44 milyon manat mükafat (1,11 milyon manat həcmində ödənişlər), hava-nəqliyyat vasitələrinin sığortalanması üzrə 0,22 milyon manat mükafat (0,26 milyon manat ödəniş), yüklərin sığortalanması üzrə 6,65 milyon manat mükafat (0,11 milyon manat ödəniş), su nəqliyyatı vasitələrinin sığortalanması üzrə 0,36 milyon manat mükafat (0,75 milyon manat ödəniş) və s. təşkil edib.

2012-ci ilin yanvar-may aylarında mülki məsuliyyətin sığortalanmasının payına 3,05 milyon manat (1,39 milyon manat həcmində ödənişlər), kreditlərin sığortalanmasının payına isə 0,03 milyon manat (0,006 milyon manat həcmində ödənişlər) düşüb.

Fərdi sığortalanma üzrə mükafatlar 15,8 milyon manat həcmində ödənişlər olmaqla 41,53 milyon manat təşkil edib. O cümlədən, bədbəxt hadisələr və xəstəliklərdən sığortalanma üzrə yığımlar 3,76 milyon manat (0,47 milyon manat həcmində ödəniş), könüllü tibbi sığorta üzrə yığmlar 37,77 milyon manat (15,337 milyon manat məbləğində ödəniş), xaricə gedən vətəndaşların sığortalanması üzrə yığımlar 0,44 milyon manat (0,07 milyon manat həcmində ödəniş) təşkil edib.

Bu dövrdə qeyri-həyat könüllü sığorta üzrə mükafatların ümumi həcmi 28,74 milyon manat məbləğində ödənişlər olmaqla (87,25 faiz) 85,23 milyon manat (mükafatların ümumi həcminin 58,9 faizi) təşkil edib.

Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi 2012-ci ilin ilk beş ayı ərzində 144,703 milyon manat (il ərzində 67,38 faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 32,945 milyon manat (48,43 faiz artım) olub.

Azərbaycan Maliyyə Nazirliyinin 2012-ci ilin yanvar-may aylarını əhatə edən hesabatında yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyəti göstərilməyib.

Xəbər lenti

Xəbər lenti