...

Azərbaycanda il ərzində 25561 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2012 14:29 (UTC +04:00)
2012-ci ilin 9 ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 25561 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Azərbaycanda il ərzində 25561 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

2012-ci ilin 9 ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 25561 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergi ödəyicilərinin 50,6%-i tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 10,8%-i tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 4,5%-inin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 17,2%-inin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

2560 vergi ödəyicisi tərəfindən 4228 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1264 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 480 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 6436 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunmuş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti