...

Azərbaycanda yeni pensiya sistemi iqtisadiyyatın keçid dövrünün başa çatdığını nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 13:56 (UTC +04:00)
Azərbaycanda yeni pensiya sığorta sisteminin formalaşması ölkə iqtisadiyyatında keçid dövrünün başa çatdığını nümayiş etdirən əsas amillərdən biridir.
Azərbaycanda yeni pensiya sistemi iqtisadiyyatın keçid dövrünün başa çatdığını nümayiş etdirir

Azərbaycan, Bakı, 10 oktyabr / Trend, müxbir A.Axundov /

Azərbaycanda yeni pensiya sığorta sisteminin formalaşması ölkə iqtisadiyyatında keçid dövrünün başa çatdığını nümayiş etdirən əsas amillərdən biridir. Trend-in məlumatına görə, bu barədə Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çərşənbə günü Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Səmədzadə deyib ki, bu gün Azərbaycanın pensiya sığorta sistemi bir çox inkişaf etmiş ölkələrin analoji sistemləri ilə yarışmağa qadirdir.

Konfransda çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədovun sözlərinə görə, son illər sosial-iqtisadi həyatda Fondun rolu ciddi şəkildə artıb.

Əsədov DSMF tərəfindən onun vəsaitlərindən səmərəli və şəffaf şəkildə istifadə olunduğunu qeyd edib.

Parlamentin Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanın sosial sığorta sistemində bu gün sistemli, davamlı və inqilabi islahatlar gedir.

"Fondun işinin mürəkkəbliyi ondan ibarətdir ki, o, ölkə əhalisinin çoxsaylı və ən həssas qrupu olan pensiyaçılarla təmasda olur", - Rəcəbli bildirib.

Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov isə deyib ki, nazirlik DSMF və başqa strukturlarla birlikdə qeyri-leqal işlə təmin edilmə ilə mübarizəni gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti