...

Azərbaycan bölgələrində vahid kadastrın yaradılması layihəsinin I fazası üzrə işlər tamamlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 18:28 (UTC +04:00)
Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin ictimai təqdimatında bildirib.
Azərbaycan bölgələrində vahid kadastrın yaradılması layihəsinin I fazası üzrə işlər tamamlanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir C.Nəsibova/

Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin ictimai təqdimatında bildirib.

Bu layihə Azərbaycan və Almaniya hökumətləri arasındakı "Maliyyə əməkdaşlığı haqqında" sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikasının KFW Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir.

Cəlilov qeyd edib ki, 3 il ərzində Sumqayıt, Bakı, Gəncə və Şəki şəhərlərində təkmilləşdirilmiş kadastr sisteminin, ölkənin digər ərazilərində isə adi kadastrın tətbiq edilməsi planlaşdırılır. Gələcəkdə vahid kadastr sistemini bütün Azərbaycan ərazisində yaymaq planlaşdırılır.

"Ölkədə daşınmaz əmlakın vahid kadastr sisteminin tətbiqi üzrə layihələrin reallaşdırılması çərçivəsində normativ-hüquqi baza yaradılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir, həmçinin mövcud sahədə müasir texnologiyalar tətbiq edilir", - Cəlilov deyib.

Onun sözlərinə görə, mövcud sistemin Azərbaycanda tətbiqinin müsbət əhəmiyyəti var, çünki bu, daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsinə yardım edir, həmçinin əhaliyə xidmətlər göstərən müxtəlif dövlət strukturları və müəssisələri (məsələn, "Azərenerji", "Azəriqaz", "Azərsu") tərəfindən istifadə ediləcək.

Cəlilovun sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi məqsədilə Komitə Bakının 5 rayonunda ilin sonunadək 5 filial açmağı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti