Azərbaycan, Bakı, 6 noyabr / Trend, müxbir A.Axundov /
Xarici borcun ÜDM-ə nisbətinin on faizdən aşağı səviyyədə saxlanması Azərbaycan hökuməti üçün tapşırıqdır. Trend-in məlumatına görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov çərşənbə axşamı Bakıda "Pem PAL" proqramı çərçivəsində keçirilən "Dövlət sektorunda uçot siyasəti" adlı beynəlxalq seminarda çıxışı zamanı bildirib.
Seminar proqramın 20-dən çox üzv ölkəsinin xəzinədar cəmiyyətlərinin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilir.
Onun sözlərinə görə, belə siyasət beynəlxalq reytinq agentlikləri tərəfindən alqışlanır ki, bu da onların qiymətləndirmələrində öz əksini tapır, həmçinin ölkənin daxilində investisiya mühitinə müsbət təsir edir.
"Bu gün Azərbaycan iqtisadiyyatının xarici investisiyalardan asılılığı azalır", - Bayramov bildirib.