...

MDB ölkələri arasında büdcə xərclərinin artımının ən yüksək tempi Azərbaycandadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 10:52 (UTC +04:00)
Yaxın illərdə dövlət büdcəsinin xərcləri strukturunda investisiya xərclərinin payı azalacaq.
MDB ölkələri arasında büdcə xərclərinin artımının ən yüksək tempi Azərbaycandadır

Azərbaycan, Bakı, 6 noyabr / Trend, müxbir A.Axundov /

Yaxın illərdə dövlət büdcəsinin xərcləri strukturunda investisiya xərclərinin payı azalacaq. Trend-in məlumatına görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov çərşənbə axşamı Bakıda "Pem PAL" proqramı çərçivəsində keçirilən "Dövlət sektorunda uçot siyasəti" adlı beynəlxalq seminarda çıxışı zamanı bildirib.

"Son illər dövlət büdcəsi xərclərinin təxminən yarısı investisiya xərclərinin payına düşür. Bu vəsaitlər cari layihələrin dəstəklənməsinə və cari xərclərin artırılmasına yönəldilir. Amma gələcəkdə investisiya xərclərinin payının azaldılacağı və cari büdcənin artımı müşahidə olunacaq", - Bayramov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsi son illərdə ciddi şəkildə artıb və bu gün büdcənin parametrləri ÜDM-in 30 faizini üstələyir.

Seminarda çıxış edən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, büdcə parametrlərinin ÜDM-in 32-34 faizi səviyyəsində olması müsbət göstəricidir.

"MDB ölkələri arasında büdcə xərclərinin artımının ən yüksək tempi Azərbaycandadır. Ölkədə adambaşına düşən ÜDM-in kifayət qədər yüksək səviyyədə, yəni 9 min dollara yaxın olmasına baxmayaraq, inkişaf etməsi tələb olunan sahələr var. Xərclərin belə tempi həmin sahələrdə geri qalmaları aradan qaldırmağa imkan verir", - Səmədzadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti