...

Ziya Məmmədov: Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2013 13:37 (UTC +04:00)
Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməyəcək.
Ziya Məmmədov: Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməz

Gürcüstan, Tbilisi, 13 fevral /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməyəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə keçirilən mətbuat konfransında deyib.

Məmmədov Tbilisidə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" qeyri-formal dialoqunun ikinci görüşündə iştirak edir.

"Hamıya xatırladıram ki, bu layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir, həmçinin ölkəmizin büdcəsindən maliyyələşdirilir. Ermənistan ərazilərimizi işğal etdiyinə görə bu dəmir yolundan istifadə etməyə haqqı yoxdur. Dağlıq Qarabağ münaqişəsi nizamlanmayana qədər və icazəmiz olmadan Ermənistan bu layihəyə qoşula bilməz", - nazir qeyd edib.

Bu bəyanat görüşün yekunu üzrə keçirilən birgə mətbuat konfransda səsləndirilib. Qeyd edək ki, Ermənistanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Artaşes Avetisyan görüşdə "imkan olacağı təqdirdə, Ermənistanın məmnuniyyətlə gələcəkdə bu layihədən istifadə edəcəyini" bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti