...

Mərkəzi Bankda bank və maliyyə biliklərinin artırılmasına dair növbəti treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 17:19 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı ilə birlikdə “Maliyyə savadlılığı” və “Bilik mübadiləsi” layihələri çərçivəsində tələbələr üçün növbəti treninq proqramını həyata keçirib.
Mərkəzi Bankda bank və maliyyə biliklərinin artırılmasına dair növbəti treninq keçirilib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı ilə birlikdə "Maliyyə savadlılığı" və "Bilik mübadiləsi" layihələri çərçivəsində tələbələr üçün növbəti treninq proqramını həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, "Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu" mövzusunda təşkil olunan və beş sessiyadan ibarət treninq 11-15 fevral 2013-cü il tarixlərində Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində keçirilib. Treninqin keçirilməsinin məqsədi ali məktəb tələbələrinin bank və maliyyə sahələrində bilik və praktik bacarıqlarının artırılması olub.

Mərkəzi Bankın mütəxəssisləri tələbələrə mərkəzi bankçılıq, bank sisteminin strukturu, bankların iqtisadiyyatda rolu, bank tənzimlənməsi və s. məsələlər haqqında ətraflı məlumatlar veriblər.

Treninqdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət və Qafqaz universitetlərindən müsabiqə yolu ilə seçilmiş 20 tələbə iştirak etmişdir. Yekun olaraq iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Mərkəzi Bankın 2011-2014-cü illər üzrə strateji hədəflərinə uyğun olaraq "Maliyyə savadlılığı" layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra digər tədbirlərin də keçirilməsini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti