...

Azərbaycan Mərkəzi Bankı iri nominallı əsginazların buraxılışından imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2013 12:12 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə iri nominallı əsginazların buraxılışını təxirə salıb.
Azərbaycan Mərkəzi Bankı iri nominallı əsginazların buraxılışından imtina edib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbirlər E.İsmayılov, H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə iri nominallı əsginazların buraxılışını təxirə salıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə axşamı AMB-nin İdarə heyətinin sədri Elman Rüstəmov bildirib.

"Bu layihənin reallaşdırılması bir neçə il vaxt tələb edir. Hələlik iri əsginazların buraxılması barədə qərar yoxdur, bu yalnız təklif şəklində mövcuddur və 2013-cü ildən sonra həyata keçirilməsi mümkündür", - Rüstəmov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti