...

QKDK əməkdaşları Avstriyada TAIEX çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 18:28 (UTC +04:00)
7-13 aprel 2013-cü il tarixlərində Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) əməkdaşları Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində Avstriyanın Vyana şəhərində səfərdə olublar.
QKDK əməkdaşları Avstriyada TAIEX çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Azərbaycan, Bakı, 15 aprel /Trend/

7-13 aprel 2013-cü il tarixlərində Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) əməkdaşları Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində Avstriyanın Vyana şəhərində səfərdə olublar.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində QKDK əməkdaşları Avstriya Maliyyə Bazarı Tənzimləyicisi tərəfindən "Şübhəli əqdlərin müəyyənləşdirilməsi mexanizmləri" mövzusunda təşkil edilən təlimdə iştirak ediblər.

Təlimdə qiymətli kağızlar bazarında məlumatların açıqlanması, sui-istifadə hallarının müəyyənləşdirilməsi və qarşısının alınması, qiymətli kağızlar bazarında bağlanmış əqdlərə dair hesabatlıq mexanizmləri, qiymətli kağızların geri alınması və qısa satış sahələrində Avstriya təcrübəsi öyrənilib, sözügedən mövzularla bağlı geniş müzakirələr təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti