...

Avropalı deputatlar İqtisadi İnkişaf Nazirliyində olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 18:54 (UTC +04:00)
Bu gün iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Avropalı deputatlar İqtisadi İnkişaf Nazirliyində olublar

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Avropalı deputatlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə geniş məlumat verib. Qeyd edilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanıdır.

Azərbaycanda xarici ölkələrlə, o cümlədən Aİ ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verildiyini diqqətə çatdıran nazir Şahin Mustafayev əməkdaşlığın genişlənməsində parlamentlərarası əlaqələrin və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına dair müzakirələrin və qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Avropalı deputatlar ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti