...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozun təxminən 40%-ni təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 16:21 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-may aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 522,87 milyon manat ödəyib.
Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozun təxminən 40%-ni təmin edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-may aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 522,87 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Komitənin rəsmi saytında dərc edilən hesabatda deyilir.

Hesabata əsasən, mayda gömrük rüsumlarından daxilolmalar 23,1 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 88,52 milyon manat, aksizlər üzrə 3,94 milyon manat, yol vergisi üzrə isə 1,63 milyon manat təşkil edib.

2013-cü il üçün DGK xətti ilə ödənişlər proqnozu 1,38 milyard manat həcmində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti