...

Samir Şərifov: Azərbaycan regionda ciddi oyunçuya çevrilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 13:09 (UTC +04:00)
Azərbaycan regionda ciddi oyunçuya çevrilib.
Samir Şərifov: Azərbaycan regionda ciddi oyunçuya çevrilib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A. Axundov/

Azərbaycan regionda ciddi oyunçuya çevrilib.

Trend-in məlumatına görə, bu barədə cümə günü maliyyə naziri Samir Şərofov Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Müdirlər Şurasının XV illik yığıncağı çərçivəsində Bakıda keçirilən Azərbaycan biznes forumunun açılış mərasimində deyib.

Azərbaycan hökuməti adından toplaşanları salamlayan nazir qeyd edib ki, ölkə foruma böyük əhəmiyyət verir və onu Azərbaycanın iqtisadi uğurlarının, ölkədə yaradılan investisiya mühitinin təqdimi və iqtisadi əməkdaşlıq üçün imkan qismində nəzərdən keçirir.

Şərifov bildirib: "Son 10 ildə Azərbaycanın iqtisadi artımının dünyada analoqu yoxdur. Ölkə qlobal iqtisadi böhranın fəsadlarını uğurla dəf etdi. Yerli iqtisadiyyatın 80 faizindən çoxunu özəl sektor təmin edir. Enerji sahəsi ilə yanaşı, Azərbaycanın qeyri-neft sektoru da heyrətləndirən nəticələr nümayiş etdirir".

Onun sözlərinə görə, bu nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub.

Nazir deyib: "Bu siyasət infrastrukturun bərpasına və investisiyaların Azərbaycana cəlb edilməsinə, həmçinin ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına istiqamətlənib. Ölkənin iqtisadi uğurları qabaqcıl beynəlxalq agentliklərin reytinqlərində də öz əksini tapıb. Azərbaycan iqtisadi artım tempi üzrə MDB ölkələri arasında birinci yeri tutur".

Şərifovun sözlərinə görə, eyni zamanda ölkə qarşısında yeni çağırışlar dayanır:

"İlk növbədə, söhbət yerli iqtisadiyyatın şaxələndirilməsindən gedir. Prezident İlham Əliyev yaxın 10 ildə ÜDM-nin ikiqat artırılması tapşırığını verib. Bundan başqa, dövlət başçısı tərəfindən "Azərbaycan-2020: Gələcəyə baxış" inkişaf strategiyası qəbul edilib. Strategiya ölkə iqtisadiyyatının inkişafına, nəqliyyat, logistik infrastrukturun yaxşılaşmasına, informasiya texnologiyalarının inkişafına və digər məqsədlərə yönəlib. Hesab edirəm ki, bugünkü forum bu sahələrdə müzakirələr və təcrübə mübadiləsi üçün yaxşı imkan yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti