...

Azərbaycan şirkəti Aktauda logistika mərkəzi tikəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2013 16:40 (UTC +04:00)
Azərbaycanın “Azersun Holding” şirkəti Qazaxıstanın Manqistuask vilayətində böyük logistika mərkəzi tikəcək.
Azərbaycan şirkəti Aktauda logistika mərkəzi tikəcək (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir E. Əliyev/

Azərbaycanın "Azersun Holding" şirkəti Qazaxıstanın Manqistau vilayətində böyük logistika mərkəzi tikəcək.

Trend-in məlumatına görə, çərşənbə günü Bakıda "Azərsun Holding", Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Xüsusi iqtisadi zona "Aktau dəniz limanı" SC arasında qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.

Azərbaycan tərəfindən sənədi "Azərsun Holding"in Baş direktorunun müavini Nizami Quliyev, AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev, Qazaxıstan tərəfdən isə "Xüsusi iqtisadi zona "Aktau dəniz limanı"nın rəhbəri Əsgər Aytuarov imzalayıblar.

Aytuarovun sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycan şirkətləri ilə əməkdaşlığın başlanmasına şaddır: "Azərsun Holding" bizim iqtisadi zonada fəaliyyətə başlayacaq ilk Azərbaycan şirkəti oldu. Cəmi 10 il bundan əvvəl yaranmasına baxmayaraq, artıq Aktauda dünyanın 25 böyük şirkəti fəaliyyət göstərir. Yeni logistika mərkəzinin tikintisi və "Azərsun Holding" in başlayacağı istehsal region üçün çox əhəmiyyətli olan ərzaq məhsulları da daxil olmaqla müxtəlif Azərbaycan məhsullarının yerli bazara çatdırılmasına imkan yaradacaq".

İmzalanma mərasimində çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyevin sözlərinə görə, yeni logistika mərkəzinin tikintisi Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcək: "Hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 300-dən artıq şirkət fəaliyyət göstərir. Logistika mərkəzinin tikintisi layihəsi hər iki ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. AZPROMO bu layihəni və gələcəkdə analoji layihələri dəstəkləməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti