Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Əliyev/
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2014-cü ilin əvvəlində yeni elektron xidmət tətbiq edəcək. Trend-in məlumatına görə, bunu ƏMDK-nın sədr müavini Rafiq Cəlilov 2006-2013-cü illərdə Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafına həsr edilmiş ictimai təqdimat mərasimini giriş sözü ilə açarkan deyib.
Onun sözlərinə görə, yeni xidmət daşınmaz əmlakla bağlı, xüsusi ilə yüklənmələrə dair arayışların real vaxt rejimində verilməsindən ibarətdir: "Hazırda müvafiq hazırlıq başa çatır. Bundan başqa, ƏMDK-nın notarius və ərazi xidmət orqanları arasında informasiya mübadiləsinin yeni mexanizmi hazırlanıb. Bu da vətəndaşların müvafiq arayış və çıxarışları əldə edərəkən sərf etdikləri vaxta xeyli qənaət etməyə imkan verəcək".