...

Central Asia Business Monitoring - bir nəşrdə kompleks informasiya

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2013 13:27 (UTC +04:00)
Trend BİA yeni ixtisaslaşdırılmış informasiya məhsulu olan Central Asia Business Monitoring-i təqdim edir. Bu elektron nəşr biznesinizin uğurlu inkişafı üçün lazım olan kompleks informasiyanı özündə ehtiva edir.
Central Asia Business Monitoring - bir nəşrdə kompleks informasiya

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Trend BİA yeni ixtisaslaşdırılmış informasiya məhsulu olan Central Asia Business Monitoring-i təqdim edir. Bu elektron nəşr biznesinizin uğurlu inkişafı üçün lazım olan kompleks informasiyanı özündə ehtiva edir.

Mərkəzi Asiya neft-qaz, yüngül və ağır sənaye, aqrar sektor, ticarət və qarşılıqlı investisiyalar kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensiala malikdir. Central Asia Business Monitoring Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan bazarlarının müxtəlif seqmentlərini öyrənməyə, bu ölkələrdəki həmkarlarla öz biznesinizə başlamağa kömək edəcək.

Xüsusilə buraxılışın səhifələrində aşağıdakı məlumatlara ətraflı yer verilir:

- regionun makroiqtisadi göstəriciləri;

- neft-qaz sahəsində əsas hadisələr;

- nəqliyyat sektorunda əsas hadisələr;

- xarici iqtisadi fəaliyyət;

- yerli sahibkarlıq;

- tenderlər;

- ticarət əlaqələri.

Nəşr ayda iki dəfə ingilis dilində çap olunur. Məhsul sərmayəçilərə, analitiklərə, iqtisadçılara, tədqiqat qurumlarının əməkdaşlarına ünvanlanıb.

Trend Mərkəzi Asiyanın ayrı-ayrı regionları ilə maraqlanan oxucular üçün məhdud ixtisaslaşdırılmış informasiya məhsullarını da təklif edir:

Kazakhstan Energy Markets - Qazaxıstan neft sənayesinin aylıq kompleks icmalı. Qazaxstan neftinin dünya bazarlarına ixracı.

Turkmenistan Trade Report - Türkmənistan iqtisadiyyatının aspektlərini, onun bazarlarını və biznesini işıqlandıran nəşr.

Uzbekistan Economic Review - aya iki dəfə dərc edilir və Özbəkistan iqtisadiyyatının və biznesinin bütün aspektlərini əhatə edən informasiya buraxılışıdır.

İnformasiya buraxılışlarına abunə olmaqla bağlı (+99412) 4371147; (+99455) 6654566 nömrəli telefonlara zəng vurmaqla, yaxud [email protected] email ünvanına yazmaqla satış şöbəsinə (Yelena Şabanova) müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti