...

İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2014 13:24 (UTC +04:00)
Fevralın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qobustanda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fevralın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qobustanda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən İdman Kompleksində (Ünvan: Qobustan şəhəri, Heydər Əliyev prospekti, 5) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Dağlıq Şirvan regional bölməsi (Ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu: (050) 395-02-56, (02026) 5-10-25, elektron poçt ünvanı: [email protected]) müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti