...

Azərbaycan Dubayda keçirilən 4-cü İllik İnvestisiya Toplantısında təmsil olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 18:10 (UTC +04:00)
Aprelin 8-10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilib.
Azərbaycan Dubayda keçirilən 4-cü İllik İnvestisiya Toplantısında təmsil olunub

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Aprelin 8-10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-ci ildən etibarən hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər və sərgi təşkil olunub.

4-cü İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulub.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) barədə məlumatlar yerləşdirilib.

Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, təşviqat materialları paylanılıb. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti