...

Bank VTB (Azərbaycan) avtomobil kreditlərinin alınması qaydalarını sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2014 14:46 (UTC +04:00)
Bank VTB (Azərbaycan) "Bank komissiyasına YOX deyək!" aksiyası çərçivəsində avtokreditlər üzrə illik faiz dərəcələrini azaltmışdır.
Bank VTB (Azərbaycan) avtomobil kreditlərinin alınması qaydalarını sadələşdirib

Azərbaycan, Bakı, 22 aprel /Trend /

Bank VTB (Azərbaycan) "Bank komissiyasına YOX deyək!" aksiyası çərçivəsində avtokreditlər üzrə illik faiz dərəcələrini azaltmışdır. Bu barədə bankdan çərşənbə axşamı daxil olan məlumatda deyilir.

Yeni aksiyanın şərtlərinə əsasən, minimal sayda sənəd təqdim etməklə, habelə komissiya tutulmadan və bankın standart şərtlərindən fərqlənən faiz dərəcələri ilə avtomobil əldə etmək mümkündür.

Beləliklə, avtomobil əldə etmək arzusunda olan hər kəs şəxsiyyəti və sürücülük hüququnu təsdiq edən sənədlər əsasında 15 dəqiqə ərzində illik faiz dərəcəsi 15%-dan başlayaraq avtokredit əldə edə bilər.

Aksiya 31 iyul 2014-cü ilədək davam edəcəkdir. Avtokrediti bankın istənilən filialında rəsmiləşdirmək mümkündür. Bu zaman ilkin ödəniş 40 faizdən başlayır.

Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Tural Vəliyev: ""Bank komissiyasına YOX deyək!" aksiyası "AvtoEkspress" krediti üzrə, avtomobil əldə etmək arzusunda olan hər kəs üçün nəzərdə tutulmuşdur. Hazırda biz əsas avtokreditor lardan biriyik və ölkənin əsas avtosalonları ilə işləyirik. Gələcəkdə biz müvafiq aksiyaları pərakəndə biznesin digər məhsullar üzrə də keçirmək niyyətindəyik".

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti