...

Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2014 12:06 (UTC +04:00)
Belçika Krallığı nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə aprelin 29-da Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Əliyev/

Belçika Krallığı nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə aprelin 29-da Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək.

Trend AZPROMO-ya istinadən məlumat verir ki, biznes forumda kənd təsərrüfatı, konsaltinq, qida, sənaye, energetika və digər sahələri təmsil edən Belçika şirkətləri iştirak edəcəklər.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanla Belçika arasında əmtəə dövriyyəsi 76,3 milyon dollar təşkil edib ki, bunun da 68,61 milyon dolları Belçika məhsullarının Azərbaycana idxalının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti