...

Azərbaycan Beynəlxalq Bankı “Uşağım nə tez böyüyüb!” fotomüsabiqəsinə start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 11:05 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı yeni “Uşaq ili 20.14%” kampaniyası çərçivəsində 6 may - 31 may 2014-cü il tarixlərində “Uşağım nə tez böyüyüb!” fotomüsabiqəsini keçirir. Bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.
Azərbaycan Beynəlxalq Bankı  “Uşağım nə tez böyüyüb!” fotomüsabiqəsinə start verdi

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Beynəlxalq Bankı yeni "Uşaq ili 20.14%" kampaniyası çərçivəsində 6 may - 31 may 2014-cü il tarixlərində "Uşağım nə tez böyüyüb!" fotomüsabiqəsini keçirir. Bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.

Fotomüsabiqə Facebook sosial şəbəkəsində Azərbaycan Beynəlxalq Bankının eyni adlı rəsmi internet səhifəsində keçirilir: https://www.facebook.com/pages/Azərbaycan-Beynəlxalq-Bankı/226184444125006?ref=stream&fref=nf

Fotomüsabiqədə iştirak etmək üçün Facebook səhifəmizdə 10 yaşınadək uşağın/uşaqların 1 ədəd fotoşəklini yerləşdirmək lazımdır. Fotoşəkildə uşağın/uşaqların böyüməsi hər hansı orijinal bir formada təsvir olunmalıdır. Müsabiqə qalibləri "Sony Playstation 4" oyun konsolu (1-ci qalib), "Canon PowerShot" foto kamerası (2-ci qalib), "Samsung Galaxy Tab 3" (3-cü qalib) planşetini qazanacaqlar.

"Uşaq ili 20.14%" kampaniyasının şərtləri ilə Azərbaycan Beynəlxalq Bankının internet səhifəsində tanış ola bilərsiniz: www.ibar.az. Azərbaycan Beynəlxalq Bankı, həmçinin, "Uşaq" yığım əmanətinin sərfəli şərtləri ilə övladlarınızın gələcəyi haqqında bu il düşünməyi tövsiyyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti