...

Azərbaycanda avtomobil nəqliyyatı daşıyıcıları sərnişin və sürücüləri sığortalamağa məcburdurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2014 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Əliyev/

Azərbaycanda avtomobil nəqliyyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasına qarşı tələblər sərtləşdirilir. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna müvafiq dəyişikliklər çərşənbə günü rəsmi mətbuatda dərc edilib.

Belə ki, qanunun 14.1.4-cü maddəsinin yeni redaktəsinə əsasən, daşıyıcının lisenziya alması şərtlərindən biri sərnişinləri (şəhərdaxili nəqliyyatla daşınanlar istisna olmaqla) bədbəxt hadisələrdən, avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətindən sığortalanması, həmçinin sürücünün istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirməsi və ya peşə xəstəlikləri üzrə icbari sığortalanmasıdır.

Sərnişinlərin və avtomobil nəqliyyatı vasitələrinin mülki məsuliyyətinin, habelə avtomobil nəqliyyatı sürücülərinin sığortalanması müvafiq olaraq "İcbari sığorta haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlara uyğun həyata keçiriləcək.

Bundan başqa, avtomobil nəqliyyatı daşımaları ilə bağlı narazılıqların təqdim edilməsi müddəti ləğv edilib. Daha əvvəl bu müddət 6 ay (sərnişindaşıma üzrə) və 1 il (yükdaşıma üzrə) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti