...

Azərbaycan Prezidenti 2013-cü il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2014 12:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə şənbə günü rəsmi mətbuatda dərc olunmuş xəbərdə deyilir.
Azərbaycan Prezidenti 2013-cü il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev "2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə şənbə günü rəsmi mətbuatda dərc olunmuş xəbərdə deyilir.

2013-cü ilin yekunlarına görə, dövlət büdcəsinə faktiki daxilolmalar 19 496,33 milyon manat, xərclər 19 143,49 milyon manat, kəsir 352,84 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ƏDV-dən 2 710 milyon manat gəlir daxil olub. Gəlir vergisi 2 374,8 milyon manat, mənfəət vergisi 859,68 milyon manat, aksiz vergisi 593,31 milyon manat, əmlak vergisi 125,15 milyon manat, yeraltı sərvətlər vergisi 121,48 milyon manat, sadələşdirilmiş vergi 119,54 milyon manat, yol vergisi 41,97 milyon manat, torpaq vergisi 33,11 milyon manat olub. ARDNF-dən daxilolmalar 11 350 milyon manat təşkil edib.

Əhalinin sosial müdafiəsi və təminatına dövlət büdcəsindən 1 750,35 milyon manat xərclənib. Təhsilə 1 437,72 milyon manat, səhiyyəyə 618,94 milyon manat, prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının saxlanılmasına 1 049,31 milyon manat xərclənib. Qoyulan kapitalın ümumi həcminin 398,32 milyon manatı kommunal xərclərə, 487,89 milyon manatı kənd, meşə təsərrüfatı və balıqçılığa, 110,53 milyon manat nəqliyyat və rabitəyə, sənaye, tikinti və faydalı qazıntılara isə 6 932,67 milyon manat yönəldilib.

2013-cü ilin dövlət büdcəsinin yerinə yetirilməsi nəticəsində ilin sonunda vahid xəzinə hesabında yaranan qalıq (960,41 milyon manat) 2014-cü ilin büdcə kəsirinin maliyyələşdirilməsinə və dövlət borclarına qulluq ürə xidmətlərin ödənişi səbəbindən yaranan xərclərə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti