...

Şəki sahibkarları maarifləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2014 19:10 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi, onlara metodiki köməkliyin, məsləhət və innovasiya xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
Şəki sahibkarları maarifləndirilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi, onlara metodiki köməkliyin, məsləhət və innovasiya xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti maarifləndirmə tədbiri oktyabrın 15-də İSN-in Şəki-Zaqatala regional bölməsinin və Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə keçirilmişdir.

Treninqdə "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təqdimatlar keçirilmiş, biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili və s. barədə məlumat gənclərin diqqətinə çatdırılmışdır.

Treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilmiş, biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti