...

FAO Azərbaycanda arıçılıqla bağlı yeni layihəyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 23:27 (UTC +04:00)
Ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə başlanılıb.
FAO Azərbaycanda arıçılıqla bağlı yeni layihəyə başlayıb

Azərbaycan, Bakı, 14 may /Trend/

Ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması" layihəsinin həyata keçirilməsinə başlanılıb.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, layihənin başlanğıc seminarı sabah keçiriləcək. Seminarda layihənin həyata keçirilməsi və nəticələri, arıçılıqda seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması, arıçılığın inkişafı ilə bağlı Türkiyə və dünya təcrübəsi mövzusunda məsələlər müzakirə olunacaq.

Seminarda nazirliyin məsul işçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş texniki eksperti Rainer Krell, layihənin beynəlxalq məsləhətçisi Əhməd İnci, TİKA-nın proqram koordinatoru Mustafa Polat, arıçılıq üzrə alim və mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti