...

İki bankın qiymətli kağızları ilə ticarət dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 15:53 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.
İki bankın qiymətli kağızları ilə ticarət dayandırıldı

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Azad Həsənli/

Bakı Fond Birjası (BFB) "EvroBank" ASC-nin və "Azərbaycan Kredit Bankı" ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Bu barədə Trend BFB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, "EvroBank" ASC-nin və "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyalarının ləğv edilməsinin investorların mənafelərinin qorunması baxımından mühüm fakt olmasını nəzərə alaraq, BFB adıçəkilən bankların qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti