...

Azərbaycanda bankın ləğvi başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2015 15:50 (UTC +04:00)
Lisenziyası iyulun 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılmış “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvetmə prosesinə başlanılıb.
Azərbaycanda bankın ləğvi başladı

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Ənvər Məmmədov/

Lisenziyası iyulun 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılmış "Azərbaycan Kredit Bankı" ASC-nin ləğvetmə prosesinə başlanılıb.

Trend-in məlumatına görə, lisenziyanın ləğvi barədə qərar iyulun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi.

Məhkəmənin qərarına əsasən, bankın ləğvedicisi qismində "Azerbaijan International Consultinq Company" MMC çıxış edir.

Ləğvetmə prosesi "Azərbaycan Kredit Bankı" ASC-nin baş ofisində - Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 167A nömrəli ünvanda həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti