Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:25-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsinə yenidən baxacaq. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvəyə mindikdən sonra fondun Himayəçilik Şurasının təcili iclası çağırılıb.
A.Cavadov qeyd edib ki, qanunun qüvvəyə minməsi ilə sığortalanan əmanətlərin məbləği üzrə hədd aradan qaldırılacaq, lakin bu, ADIF-in zəmanət verdiyi depozitlərin faiz dərəcələrinə aid deyil: "Buna görə də Himayəçilik Şurasında bu faiz dərəcəsinə yenidən baxılması məsələsi nəzərdən keçiriləcək".
O, əlavə edib ki, manat və dollar əmanətləri üzrə faiz dərəcələri fərqlənəcək: "Xarici valyutada əmanətlərin əsas hissəsini xarici əmanətlərin təşkil etdiyini nəzərə alsaq, çox güman, ikili diferensiasiyanı tətbiq edəcəyik. Yəni hələ bütün xarici valyutalarda əmanətlər üzrə bir faiz dərəcəsi tətbiq ediləcək".
Fond rəhbəri diqqətə çatdırıb ki, faiz dərəcələri barədə danışmaq hələ tezdir.