...

“Gəncəbank” ASC-nin əmanətçilərinə bu gündən kompensasiyalar verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 12:41 (UTC +04:00)

Bakı. Trend:

"Gəncəbank" ASC-nin əmanətçilərinə bu gündən başlayaraq kompensasiyalar verilir.

Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Fonddan bildirilib ki, 30 iyul 2007 -cı ildən Fonda üzv olan "Gəncəbank"ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. Fondun Himayəçilik Şurasının 2 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Rabitə Bank" ASC, "Unibank" ASC və "Kapital Bank" ASC seçilib.

Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaq.

Ərizə formalarını qorunan əmanətçilər 4 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Gəncəbank" ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti