...

Azərbaycan Monteneqroya körpünün tikintisi üçün kredit təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2016 12:25 (UTC +04:00)
Azərbaycan Monteneqroya Veriqe boğazı üzərindən körpünün tikintisinin maliyyələşdirilməsi üçün 175 milyon avro kredit təklif edir.
Azərbaycan Monteneqroya körpünün tikintisi üçün kredit təklif edib

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Monteneqroya Veriqe boğazı üzərindən körpünün tikintisinin maliyyələşdirilməsi üçün 175 milyon avro kredit təklif edir.

Trend-in Monteneqro mətbuatına istinadən verdiyi məlumata görə, bunun müqabilində isə Azərbaycan ölkə biznesinin Monteneqroda vergi və gömrük rüsumlarından azad edilməsini istəyir.

Azərbaycan hökuməti krediti 3 faiz dərəcəsi ilə, ödəmə dövrü 15 il olmaqla 5 il güzəştli müddətlə verməyə hazırdır.

Monteneqronun maliyyə naziri bəyan edib ki, Azərbaycanla iqtisadi əməkdaşlığın möhkəmləndirilməsini dəstəkləyir, lakin Azərbaycan tərəfinin istəyi tam qəbul edilən deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti