...

“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2017 17:13 (UTC +04:00)
“AtaBank” Novruz bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək

Bakı. Trend:

“AtaBank” Novruz bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Bankdan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında Bankın aşağıdakı filialları 21 və 24 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
Elmlər şöbəsi - Bakı şəh., Bəxtiyar Vahabzadə küçəsi, 558-ci məhəllə ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
Yeni Həyat filialı - Bakı şəh., Zərifə Əliyeva pr., 55; 09:00 – 18:00 – dək (fasiləsiz)

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti