Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabahdan “Gəncəbank”ın sığorta olunmamış əmanətçilərinə təzminatın ödənilməsinə başlayacaq.
Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bankın müştəriləri sırasında sığorta olunmamış fiziki və hüquqi şəxslərin sayı 500 nəfərdən çoxdur.
O qeyd edib ki, ilk ödəmə tranşında hər bir müştəriyə 70 min manat ödəniləcək.