...

“Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının 18-ci tirajı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2017 17:38 (UTC +04:00)
Sentyabr ayının 5-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 18-ci tirajı keçirilib.
“Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının 18-ci tirajı keçirilib

Bakı. Trend:

Sentyabr ayının 5-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 18-ci tirajı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, 18-ci tirajın qalibləri – son həftə ərzində 32 bilet toplayan Sideifzadə Sevinc Əli qızı, 26 biletlə Səlim Dilarə Hamlet qızı və 20 biletlə Emsen Özgür Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazanıblar. Avqust ayının təsadüfi seçim nəticəsində müəyyən edilmiş qalibləri: Musayeva Xumar Müşviq qızı (bilet nömrəsi 1190645) “Sakit Göl Hotel Şamaxı” tətil və istirahət məkanına istirahət kuponu, Əliyev Elçin Əlövsət oğlu (bilet nömrəsi 192158) isə 500 AZN-lik “Xarici ölkəyə səyahət” kuponuna sahibləniblər.

Bu ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 19-cu tirajı sentyabr ayınının 12-si keçiriləcək və bu tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti