...

Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2017 12:47
2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək.
Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək.

Trend-in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, 2018-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 621 milyon manat proqnozlaşdırılır: "Bu, cari ilin proqnoz göstəricisini 4 faiz üstələyir. Yerli xərclər isə 424 milyon manat və ya 2017-ci illə müqayisədə 3 milyon manat çox proqnozlaşdırılır".

A.Bayramov qeyd edib ki, bu məbləğdən 10,1 faiz yerli xərclərin tənzimlənməsi üçün nəzərdə tutulan dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə dəstəyinə düşür: "Bu, cari ilin göstəricisindən 0,2 faiz bəndi aşağıdır. Maliyyə dəstəyinin faktiki məbləği bir milyon manat azalaraq 73 milyon manat təşkil edəcək. Burada öz xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər nəzərdə tutulmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti