Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən iki bankın müştərilərinə kompensasiya ödənilməsi zamanı bəzi pozuntulara yol verilib.
Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
V.Gülməmmədov qeyd edib ki, hazırda ADIF-də auditlər davam etdirilir:
"Yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatdırılıb və müəyyən olunub ki, fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib".
O əlavə edib ki, bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edib.