...

Nazir müavini: 2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2019 13:44 (UTC +04:00)
2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib
Nazir müavini: 2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib

Bakı. Mətanət Nəsibova - Trend:

2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini İlkin Vəliyev "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O qeyd edib ki, “bir pəncərə” prinsipinə keçid biznesin qeydiyyatı prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirib.

Nazir müavini əlavə edib ki, vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi prosesində əmək müqavilələrinin qeydiyyatı da sadələşdirilib:

“Sahibkarı maraqlandıran hər bir məlumat onlayn rejimində heç bir maliyyə xərci tələb olunmadan təklif olunacaq. Vergilər Nazirliyində rəsmi qurumlarla ünsiyyəti tamamilə aradan qaldıran məlumat bazası formalaşdırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti