...

Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2019 14:00 (UTC +04:00)
Kiçik sahibkarlığa dəstək üçün güzəştli kreditlərin verilməsi mexanizmi üç paketə bölünəcək
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq

Bakı. Eldar Canaşvili - Trend:

Kiçik sahibkarlığa dəstək üçün güzəştli kreditlərin verilməsi mexanizmi üç paketə bölünəcək.

Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, mexanizm kiçik, orta və böyük güzəşt paketlərinə bölünəcək. Kreditin minimal məbləği 1000 manat, maksimal məbləği 50 min manat təşkil edəcək.

Fond direktoru bildirib ki, kredit üzrə maksimal faiz dərəcəsi 7 faizdən çox olmayacaq.

F.Cəfərov əlavə edib ki, mexanizm gələn ildən tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti