Bakı. Trend:
Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün mövcud məhdudiyyətləri ləğv edib.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
"Azərbaycanın bu məhsulu Rusiyaya maneəsiz daxil olur", - səfir deyib.
O qeyd edib ki, Rusiya İxrac Mərkəzi Azərbaycan məhsullarının idxalının dəstəklənməsi üçün zəruri alətlərə malikdir.
Səfirin sözlərinə görə, 2021-ci ildə Azərbaycan Rusiyaya bir milyard dollar məbləğində məhsul ixrac edib.
"2022-ci ilin ilk iki ayı ərzində Azərbaycanın Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 123 milyon dollar təşkil edib", - M.Boçarnikov bildirib.
(Tərcümə: Orxan Nəbiyev)