...

GÜRCÜSTAN MALİYYƏ NAZİRİNİN AZƏRBAYCANA TƏKRAR SƏFƏRİ GÖZLƏNİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2005 13:44

Trend-i buradan izləyin

Gürcüstanın Azərbaycana olan borcunun restrukturlaşdırılması məsələsinin həlli üçün Gürcüstan maliyyə naziri Valeriy Çeçalaşvilinin Bakıya təkrar səfəri istisna deyil. Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, hazırda rektrukturlaşdırma haqqında saziş imzalanmayıb və mümkün səfərin məqsədi sənədin imzalanma müddətinin dəqiqləşdirilməsi və s. ola bilər.

Artıq baş tutmuş səfər zamanı Azərbaycan Gürcüstan tərəfini xəbərdar edib ki, onun bütün xarici borclarının ödəmə müddətinin dəyişdirilməsi haqqında Paris klubunun tövsiyyəsini qəbul edib. Azərbaycan borcun əsas hissəsinin (16 mln dollardan 12,95 mln dollar) ödəmə müddətinin 2003-cü ilin mart ayından 2005-ci ilin iyul ayınadək təxirə salmağa razılıq verib. Ödənişlər bərabər tranşlarla gerçəkləşdiriləcək və 20010-cu ilədək başa çatacaq. Sxemin dəyişdirilməsinin konsolidə qalığına aidiyatı yoxdur. O, 2005-ci ilin iyulundan 2021-ci ilədək ödəniləcək. Yeni saziş bağlandıqdan sonra Gürcüstan borc üzrə cari faizləri ödəməyə başlayacaq. Nazirlər Kabinetindən bildirildiyi kimi, borcun restrukturlaşdırma parametrləri və müddəti məhz sazişlə təstiqlənəcək.

Xəbər lenti

Xəbər lenti